Katarakta

Ağıllı linzalar: multifokal və trifokal linza kimə uyğundur

Multifokal və trifokal linzalar ağıllı linzalardır. Ən vacib məsələ isə uyğun xəstə seçimidir.

Katarakta əməliyyatı zamanı müşahidə olunan qızıl halqa

Ağıllı linza katarakta əməliyyatında qoyulan xüsusi süni linzadır. Multifokal və trifokal linzalar bu qrupa aiddir. Məqsəd əməliyyatdan sonra həm uzağı, həm də yaxını eynəksiz və ya daha az eynəklə görməkdir.

Hansı linza növləri var?

Multifokal linza: bir neçə məsafədə görməyə kömək edir.

Trifokal linza: uzaq, orta və yaxın məsafə üçün hesablanıb.

Torik linza: astiqmatizmi də düzəltmək üçün nəzərdə tutulub.

Fakik linza: gözün öz linzası çıxarılmadan qoyulur, katarakta olmayan, yüksək eynək nömrəsi olan xəstələrdə istifadə edilir.

Ağıllı linza hər kəsə uyğundurmu?

Xeyr. Ağıllı linzalarda ən vacib məsələ uyğun xəstə seçimidir. Gözdə başqa xəstəlik, məsələn retina və ya görmə siniri problemi varsa, ağıllı linza gözlənilən nəticəni verməyə bilər. Gecə işıqların ətrafında halqa görmək kimi hallar da əvvəlcədən müzakirə olunmalıdır.

Xəstənin gündəlik həyatı da nəzərə alınır, yəni işi, nə qədər oxuduğu, gecə maşın sürüb-sürmədiyi.

Seçimi necə edirik?

Əvvəlcə göz tam müayinə olunur və linzanın gücü ölçülür. Sonra sizinlə gözləntilərinizi danışırıq. Linzanı dəbə görə yox, gözünüzün vəziyyətinə görə seçirik.

Ağıllı linza ilə də bəzi xəstələrə xırda yazılar üçün və ya uzun oxuyanda eynək lazım ola bilər. Bunu əvvəlcədən bilmək gözləntini düzgün qurmağa kömək edir. Beynin yeni linzaya uyğunlaşması üçün də bir müddət vaxt lazımdır.

Ağıllı linza istəyirsinizsə, bunu müayinədə deyin. Uyğun olub-olmadığına birlikdə qərar verək.

Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikdən alınıb yerinə süni linza qoyulması, sonradan bulanan kapsulda YAG lazer.
Dr. Taryel Rüstəmov

Oftalmoloq-cərrah. Bioqrafiya