
Göz cərrahıTaryelRüstəmov
Gözün ön və arxa seqment xəstəliklərinin müayinəsi və cərrahiyyəsi: katarakta, qlaukoma, retina, pterigium və göz travmaları.
- Azərbaycan Tibb Universiteti
- TOD və ASCRS üzvü
- Bioqrafiya
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Bakı
Xidmətlər
şəklə toxunun, sonra keçin
Ağıllı linzalarKataraktaBulanmış büllurun mikrokəsikdən alınıb yerinə süni linza qoyulması, sonradan bulanan kapsulda YAG lazer.
GözdibiRetina və diabetDiabetik və hipertenziv retinopatiya, makula ödemi, venoz tromboz: OCT müayinəsi və lazer.
Göz ətiPterigiumGözün ağından buynuz qişaya uzanan qanadabənzər pərdənin greft və ya flap üsulu ilə çıxarılması.
Qara suQlaukomaGöz təzyiqinin ölçülməsi, görmə sinirinin OCT ilə izlənməsi, damcı və lazer: SLT, ALT, iridotomiya.
Anti-VEGFGözdaxili inyeksiyalarMakula ödemi, yaş tip makula degenerasiyası və tromboz zamanı Avastin, Eylea, Lucentis, Ozurdex.Göz qapağıGöz travmalarıGözyaşı kanalıUşaq oftalmologiyasıRefraksiya və lazerBütün xidmətlər
Qəbuldan
sağalmaya qədər
Müayinə
Görmə, göz təzyiqi və göz dibi yoxlanılır.
Diaqnoz və plan
Həkim nəticələri izah edir, müalicə yolunu birlikdə seçirsiniz.
Müalicə
Dərman, lazer, inyeksiya və ya mikroskop altında əməliyyat.
Nəzarət
Müalicədən sonra kontrol müayinələri ilə nəticə izlənir.



Əməliyyat otağından
Tez-tez verilən suallar
bütün suallarDr. Taryel Rüstəmov hansı əməliyyat və prosedurları icra edir?
Katarakta əməliyyatı (fakoemulsifikasiya), multifokal, trifokal və torik linzaların implantasiyası, ikincili kataraktada Nd:YAG lazer, qlaukomada SLT, ALT və lazer iridotomiya, diabetik retinopatiyada PRP (arqon) lazer, gözdaxili inyeksiyalar (Avastin, Eylea, Lucentis, Ozurdex), pterigium əməliyyatı (greft və flap rotasiyası), xalazion, ptoz və blefaroplastika, dakriosistorinostomiya, punktoplastika və nazolakrimal probing, horizontal çəpgözlük əməliyyatı, gözdən yad cismin çıxarılması, ekzimer lazer və fakik linza.
Əməliyyat zamanı yatırdılırmı?
Böyüklərdə adətən yox. Göz anestezik damcılarla və ya yerli iynə ilə keyidilir, xəstə ayıq olur, lakin ağrı hiss etmir. Uşaqlarda və bəzi xüsusi hallarda ümumi narkoz tətbiq olunur.
Qlaukoma tam sağalırmı?
Xeyr, qlaukoma ömürlük nəzarət tələb edən xəstəlikdir. Zədələnmiş sinir lifləri bərpa olunmur, ona görə erkən diaqnoz qalan görməni qorumağın əsas yoludur. Düzgün müalicə və müntəzəm kontrol xəstəliyin irəliləməsini ləngidir.
Pterigium əməliyyatdan sonra qayıda bilərmi?
Bəli, təkrarlanma ehtimalı var, xüsusən gənc yaşda və günəşli mühitdə işləyənlərdə. Əməliyyatdan sonra UV filtrli gün eynəyi taxmaq, damcıları tam kurs istifadə etmək və kontrola gəlmək bu ehtimalı azaldır.





