Hansı hallarda tətbiq olunur?
- Diabetik makula ödemi
- Diabetik retinopatiya
- Retina venoz trombozu
- Yaş tip yaşa bağlı makula degenerasiyası (YBMD)
- Xoroidal neovaskulyarizasiya (CNV), o cümlədən yüksək miopiyada
- Hipertenziv retinopatiya
- Uveit
- Endoftalmit (gözdaxili infeksiya)
Dərmanlar
VEGF yeni, kövrək damarların əmələ gəlməsinə və damarlardan maye sızmasına səbəb olan maddədir. Anti-VEGF dərmanlar onun təsirini bloklayır.
Bevasizumab. Anti-VEGF qrupundan.
Ranibizumab. Anti-VEGF qrupundan.
Aflibersept. Anti-VEGF qrupundan.
Deksametazon implantı. Gözün içində uzun müddət tədricən dərman buraxır; ödem və iltihabda istifadə olunur.
Hansı dərmanın seçiləcəyi diaqnozdan, OCT nəticəsindən və gözün əvvəlki müalicəyə cavabından asılıdır.
