Niyə yaranır?
Ən çox rast gəlinən səbəb yaşlanmadır. Bununla yanaşı katarakta göz travmasından sonra, şəkərli diabet və digər sistem xəstəlikləri fonunda, bəzi dərmanların, xüsusən steroidlərin uzunmüddətli qəbulundan sonra da yaranır. Anadangəlmə formaları da var.
Uzun illər gözlənilmiş, ifrat yetişmiş katarakta göz daxili təzyiqi qaldıra bilər. «Qoy yetişsin, sonra» deyə əməliyyatı illərlə təxirə salmaq risklidir.
Nə vaxt əməliyyat lazımdır?
Hər katarakta dərhal əməliyyat tələb etmir. Erkən mərhələdə eynəyin dəyişdirilməsi bir müddət kömək edə bilər. Əməliyyat görmə gündəlik işlərə, yəni oxumağa, maşın sürməyə, işə mane olmağa başlayanda planlaşdırılır. Qərar müayinədən sonra xəstə ilə birlikdə verilir.
