Retina və diabet

Retina venoz trombozu: gözdə damar tıxanması

Retina venasının tıxanması təcili haldır. Diaqnoz OCT və FFA ilə qoyulur, müalicədə inyeksiya, steroid implant və lazer istifadə olunur.

Diabetik retinopatiya: fundus kamera ilə göz dibinin görüntüsü

Retina venoz trombozu təcili haldır. Gözün tor qişasındakı, yəni retinadakı vena damarı tıxanır. Adətən bir gözdə qəfil və ağrısız görmə azalması ilə özünü göstərir.

Hansı növləri var?

Tıxanmanın yerinə görə:

  • mərkəzi vena trombozu
  • hemisferik tromboz
  • şaxə trombozu

Gedişinə görə isə işemik və non-işemik formalar ayırd edilir. İşemik formada retinanın qanla təchizatı daha çox pozulur və fəsad riski yüksəkdir.

Diaqnoz necə qoyulur?

Müayinədə OCT və FFA, yəni flüoressein angioqrafiya istifadə olunur. OCT retinadakı ödemi göstərir, FFA isə damarlarda qan axınını. Bu iki müayinə müalicə planını müəyyən etməyə kömək edir.

Müayinədə göz təzyiqi də ölçülür və digər göz də yoxlanılır. Gecikmiş hallarda gözdə yeni damarlar yaranır və bu, göz təzyiqinin ağır qalxmasına səbəb ola bilər.

Müalicə necə aparılır?

Müalicə üsulları:

  • anti-VEGF inyeksiyaları
  • steroid implant
  • arqon lazer

Müalicənin məqsədi retinada ödemi azaltmaq və yeni, qeyri-normal damarların yaranmasının qarşısını almaqdır. Retinada ödem və qansızma uzun qalarsa, görmə daha çətin bərpa olunur.

Trombozun arxasında çox vaxt yüksək qan təzyiqi, diabet kimi ümumi xəstəliklər dayanır. Ona görə terapevtlə birlikdə nəzarət də vacibdir.

Müalicə çox vaxt bir neçə ay davam edir və düzənli kontrol tələb edir.

Bir gözünüzdə görmə qəfil azalıbsa, gözləməyin. Gec qalmayın.

Əlaqəli xidmətGözdaxili inyeksiyalarMakula ödemi, yaş tip makula degenerasiyası və tromboz zamanı Avastin, Eylea, Lucentis, Ozurdex.
Dr. Taryel Rüstəmov

Oftalmoloq-cərrah. Bioqrafiya