Niyə yaranır?
Əsas rolu günəşin ultrabənövşəyi şüaları oynayır. İsti və quru iqlim, toz, külək və göz quruluğu prosesi sürətləndirir. Ona görə pterigium açıq havada işləyənlərdə daha çox rast gəlinir.
Əməliyyat: greft və flap rotasiyası
Pterigium damcı ilə yox olmur, damcılar yalnız qıcıqlanmanı azaldır. Toxuma böyüyürsə, görməyə təsir edirsə və ya daim narahatlıq verirsə, cərrahi yolla çıxarılır.
Pterigium götürüldükdən sonra açıq qalan sahə gözün öz sağlam konyunktivasından götürülmüş yamaqla örtülür.
Yanındakı sağlam toxuma döndərilərək açıq qalan sahəyə köçürülür.
Hər iki üsulun məqsədi təkrarlanma riskini azaltmaqdır. Hansının seçiləcəyi pterigiumun ölçüsündən, yerindən və gözün vəziyyətindən asılıdır.
