Uşaq gözü

ROP: vaxtından əvvəl doğulan körpələrdə göz müayinəsi

Körpəniz 28 həftədən erkən doğulubsa və ya çəkisi 1500 qramdan azdırsa, ona erkən ROP müayinəsi lazımdır.

Uşaqlarda görmə cədvəli ilə yoxlama

Körpəniz 28 həftədən erkən doğulubsa və ya çəkisi 1500 qramdan azdırsa, ona ROP müayinəsi lazımdır. Bu müayinə erkən aparılmalıdır.

ROP nədir?

ROP vaxtından əvvəl doğulan körpələrin retinopatiyasıdır. Retinanın damarları ana bətnində inkişaf edir və erkən doğulan körpədə bu inkişaf yarımçıq qalır. Doğuşdan sonra damarlar düzgün böyüməyə və retinaya ziyan vura bilər.

Niyə erkən müayinə vacibdir?

ROP-un erkən mərhələsində körpədə heç bir əlamət olmur, valideyn dəyişikliyi görə bilmir. Xəstəlik yalnız göz həkiminin gözdibi müayinəsində aşkarlanır. Ağır hallarda retina qopa və görmə itə bilər. Vaxtında aşkarlanan ROP müalicə oluna bilər.

Müayinə necə aparılır?

Körpənin göz bəbəyi damcı ilə genişləndirilir və həkim retinaya baxır. Müayinə bir dəfəlik deyil, həkim retinanın inkişafı tamamlanana qədər kontrolları planlaşdırır.

ROP necə müalicə olunur?

Yüngül ROP çox vaxt öz-özünə geriləyir və sadəcə izlənilir. Müalicə tələb edən hallarda lazer və ya gözdaxili inyeksiya tətbiq olunur. Ən vacibi müalicənin vaxtını qaçırmamaqdır, çünki ROP qısa müddətdə irəliləyə bilər. ROP keçirmiş uşaqlarda sonralar miopiya, çəpgözlük və göz tənbəlliyi daha çox rast gəlinir, ona görə onlar böyüdükcə də göz həkiminin nəzarətində qalmalıdır.

Valideynlərə tövsiyəm sadədir. Doğum evindən çıxanda ROP müayinəsinin vaxtını mütləq soruşun. Körpəniz risk qrupundadırsa, gec qalmayın.

Əlaqəli xidmətUşaq oftalmologiyasıVaxtından əvvəl doğulmuş körpələrdə ROP müayinəsi, çəpgözlük, göz tənbəlliyi və uşaq kataraktası.
Dr. Taryel Rüstəmov

Oftalmoloq-cərrah. Bioqrafiya