Körpənizin bir gözü daim sulanır və çirklənirsə, bu, burun-gözyaşı kanalının tıxanıqlığı ola bilər. Anadangəlmə tıxanıqlıqda kanalın burun tərəfindəki nazik pərdə açılmamış qalır.
Hansı əlamətlər olur?
- bir tərəfli sulanma
- gözdə çirklənmə, ifrazat
Bəzən kirpiklər bir-birinə yapışır və səhər göz çətin açılır.
Masaj kömək edirmi?
Bəli. 1 yaşa qədər düzgün masajla tıxanıqlıq çox vaxt keçir, təxminən 90% hallarda. Burada əsas söz “düzgün”dür.
Masajı göz həkimi göstərməlidir. Barmaq gözün daxili küncündən aşağıya doğru, yüngül təzyiqlə hərəkət etdirilir. Masajdan əvvəl əllər yaxşı yuyulmalı, dırnaqlar qısa olmalıdır.
Masaj kömək etməsə, nə edilir?
1 yaşdan sonra keçməyən tıxanıqlıqda probing aparılır. Probing kanalın nazik zondla açılmasıdır. Bu, körpəni illərlə sulanan və çirklənən gözlə yaşatmaqdan daha doğru yoldur.
Nə vaxt təcili müraciət etməli?
Gözün daxili küncündə qızarmış, ağrılı şişkinlik yaranıbsa, bu gözyaşı kisəsinin iltihabı ola bilər. Körpənin hərarəti varsa və ya şişkinlik böyüyürsə, gözləməyin. Belə hallarda masaj edilmir, əvvəlcə iltihab müalicə olunur. Ana südü və ya çay ilə gözü yumaq kimi xalq üsulları tıxanıqlığı açmır. Gözü təmizləmək üçün qaynadılmış, soyudulmuş su və təmiz pambıq kifayətdir.
Sulanma və çirklənmə varsa, öz-özünə damcı seçməyin. Körpəni müayinəyə gətirin, masajı necə edəcəyinizi göstərim. Gec qalmayın.
Əlaqəli xidmətGözyaşı kanalıKörpələrdə və böyüklərdə gözyaşı yollarının tıxanması: masaj, probing, DSR və punktoplastika.



