Diabet gözə necə təsir edir?
Diabet geniş yayılmış xəstəlikdir, hər 12 nəfərdən biri diabetlidir. Diabet gözdə bir neçə problem yarada bilər:
- erkən katarakta
- diabetik retinopatiya
- makula ödemi
- qlaukoma
- papillit, yəni görmə siniri başının iltihabı
Şikayət yoxdursa, niyə müayinə lazımdır?
Diabetik retinopatiya uzun müddət heç bir şikayət vermədən irəliləyə bilər. Görmə azalanda isə dəyişikliklər çox vaxt artıq irəliləmiş olur. İllik gözdibi müayinəsi bu dəyişiklikləri erkən tutmağa imkan verir.
Müayinə damcılı gözdibi müayinəsidir. Damcıdan sonra bir neçə saat görmə bulanıq ola bilər, ona görə həmin gün maşın sürməmək daha yaxşıdır.
Müalicə necə aparılır?
Diabetin göz fəsadlarının müalicəsi multidissiplinardır. Yəni endokrinoloq, terapevt və göz həkimi birlikdə işləyir. Qan şəkərinə nəzarət olmadan göz müalicəsi tam nəticə vermir.
Gözdə istifadə olunan üsullar:
- PRP lazer (arqon lazer)
- gözdaxili inyeksiyalar
Nə vaxt gözləmək olmaz?
Görmə qəfil azalıbsa, gözün önündə qara ləkələr, his kimi kölgə peyda olubsa, illik müayinəni gözləməyin. Bu, gözdaxili qansızmanın əlaməti ola bilər. Hamiləlik dövründə diabet olan qadınlarda göz müayinəsi daha tez-tez aparılmalıdır. Diabetli xəstədə katarakta əməliyyatından əvvəl də retina mütləq yoxlanılır.
Diabet varsa, gözlərinizi unutmayın. Gec qalmayın.
Əlaqəli xidmətRetina və diabetDiabetik və hipertenziv retinopatiya, makula ödemi, venoz tromboz: OCT müayinəsi və lazer.



