OCT gözün arxa hissəsinin, xüsusən retinanın və görmə sinirinin kəsik şəklini çəkən müayinədir. Bunu gözün tomoqrafiyası kimi təsəvvür edə bilərsiniz. Müayinə zərərsizdir. Gözə toxunulmur və müayinə bir neçə dəqiqə çəkir.
OCT hansı hallarda lazımdır?
- makulyar dəlik
- diabetik makula ödemi
- retina venoz trombozu
- mərkəzi seroz retinopatiya
- qlaukomada sinir lifləri qatının (RNFL) qiymətləndirilməsi
- gözdaxili inyeksiyalardan sonra kontrol
OCT xəstəliyin gedişini izləmək üçün də vacibdir. Hər kontrolda aldığımız şəkli əvvəlki ilə müqayisə edib müalicənin işləyib-işləmədiyini görürük.
Mərkəzi seroz retinopatiya nədir?
Mərkəzi seroz retinopatiyada retinanın mərkəzində, makulada maye toplanır. Xəstə mərkəzdə bulanıqlıqdan, ləkədən və ya xətlərin əyri görünməsindən şikayət edir.
Bu xəstəlik ən çox səhv müalicə olunan retina xəstəliklərindəndir. Çünki adi gözdibi müayinəsində dəyişiklik zəif görünə bilər, OCT isə mayeni aydın göstərir. Bəzi dərmanlar, xüsusən steroidlər vəziyyəti ağırlaşdıra bilər, ona görə özbaşına dərman başlamayın.
Mərkəzi seroz retinopatiya çox vaxt orta yaşlı kişilərdə rast gəlinir və stresslə əlaqələndirilir.
Müayinəyə hazırlıq lazımdırmı?
Xüsusi hazırlıq lazım deyil. Bəzi hallarda müayinədən əvvəl göz bəbəyini genişləndirən damcı damızdırılır. OCT nəticəsini gözdibi müayinəsi ilə birlikdə qiymətləndiririk. Bir şəkil diaqnoz deyil, həkim onu gözün bütün vəziyyəti ilə birlikdə oxuyur.
Mərkəzdə ləkə, əyri xətlər və ya bulanıqlıq varsa, gec qalmayın.
Əlaqəli xidmətRetina və diabetDiabetik və hipertenziv retinopatiya, makula ödemi, venoz tromboz: OCT müayinəsi və lazer.



