Gözdaxili, yəni intravitreal inyeksiya dərmanın birbaşa gözün içinə vurulmasıdır. Belə olduqda dərman lazım olan yerə, retinaya birbaşa çatır.
Hansı xəstəliklərdə istifadə olunur?
- diabetik makula ödemi və diabetik retinopatiya
- hipertenziv retinopatiya
- retina damarlarında tromboz
- uveit
- endoftalmit
- yaş tip yaşa bağlı makula degenerasiyası (YBMD)
- xorioidal neovaskulyarizasiya (CNV)
- yüksək miopiya
Bu xəstəliklərin çoxunda retinada maye toplanır və ya qeyri-normal damarlar yaranır, inyeksiya bu prosesi azaldır.
Hansı dərmanlar vurulur?
İstifadə etdiyimiz preparatlar Avastin, Eylea, Lucentis və Ozurdex-dir. Avastin, Eylea və Lucentis anti-VEGF dərmanlarıdır, Ozurdex isə steroid implantdır. Hansı dərmanın seçiləcəyi xəstəlikdən və gözün vəziyyətindən asılıdır.
İnyeksiya ağrılıdırmı?
Xeyr. İnyeksiya lokal anesteziya ilə, aseptik şəraitdə edilir və ağrısızdır. Prosedurun özü bir neçə dəqiqə çəkir.
Prosedurdan sonra göz qısa müddət qıcıqlana, gözün ağında kiçik qansızma ləkəsi görünə bilər, bu adətən keçib gedir. Ağrı güclənirsə, görmə azalırsa və ya qızartı artırsa, dərhal həkimə müraciət edin. Prosedur günü gözü ovuşdurmayın.
Ən vacib qayda nədir?
Müalicəni yarıda buraxmayın. Çox vaxt bir inyeksiya kifayət etmir, müalicə kurs şəklində davam edir. Düzənli kontrola gəlin. Kontrolda retinaya baxıb növbəti addımı müəyyən edirik.
“Görməm yaxşılaşdı” deyib müalicəni dayandırmaq xəstəliyin geri qayıtmasına səbəb ola bilər. Həkimlə birlikdə başladığınız yolu həkimlə birlikdə bitirin.
Əlaqəli xidmətGözdaxili inyeksiyalarMakula ödemi, yaş tip makula degenerasiyası və tromboz zamanı Avastin, Eylea, Lucentis, Ozurdex.



