Göz sağlamlığı

Xalazion və blefarit: göz qapağında şiş və qabıqlanma

Göz qapağında ağrısız şiş xalazion ola bilər. Kirpik dibində qabıqlanma və qaşınma isə blefaritin əlamətidir.

Yaşıl göz və kirpiklər

Xalazion göz qapağında yaranan ağrısız şişdir. Səbəbi meibom vəzisinin tıxanmasıdır. Meibom vəziləri göz qapağının kənarında yerləşir və göz yaşının yağlı qatını hazırlayır.

Xalazion kimlərdə olur?

Xalazion uşaqlarda daha çox rast gəlinir. Böyüklərdə də olur, xüsusən blefariti olanlarda təkrarlana bilər.

Xalazion necə müalicə olunur?

Əvvəlcə dərman müalicəsi təyin olunur. Dərmana cavab vermirsə, kiçik əməliyyat və ya inyeksiya edilir. Xalazionu sıxmayın və iynə ilə deşməyin, bu iltihabı artıra bilər.

Böyüklərdə eyni yerdə təkrarlanan xalazion mütləq müayinə olunmalıdır.

Arpacıqdan fərqi nədir?

Arpacıq kirpik dibindəki vəzinin kəskin infeksiyasıdır və ağrılı olur. Xalazion isə ağrısızdır, yavaş böyüyür və qapağın içində bərk düyün kimi əllənir. İlk günlərdə iltihablanmış xalazion arpacığa bənzəyə bilər, ona görə fərqi həkim qoyur.

Blefarit nədir?

Blefarit göz qapağı kənarının iltihabıdır. Əsas əlamətləri:

  • kirpik dibində qabıqlanma
  • kəpəyəbənzər lopalar
  • qaşınma

Blefarit uzun gedişli xəstəlikdir və tez-tez quru gözlə birlikdə olur. Blefaritdə ən vacib müalicə gigiyenadır. Mütəmadi isti kompres qoyun və kirpik dibini nəm pambıqla yumşaq silin. Gigiyena qısa kurs deyil, vərdiş olmalıdır, dayandıranda şikayət geri qayıda bilər.

Blefariti nəzarətdə saxlamaq xalazionun təkrarlanma ehtimalını da azaldır.

Göz qapağındakı şiş uzun müddət keçmirsə və ya tez-tez təkrarlanırsa, müayinədən keçin. Gec qalmayın.

Əlaqəli xidmətGöz qapağıXalazion, blefarit, ptoz, entropion, ektropion, ksantelazma və blefaroplastika.
Dr. Taryel Rüstəmov

Oftalmoloq-cərrah. Bioqrafiya