Allergik konyunktivit gözün ən çox rast gəlinən xəstəliklərindəndir. Çox vaxt uşaqlıqda başlayır.
Hansı əlamətlər olur?
- qaşınma
- yanma
- qızartı
- sulanma
- işığa həssaslıq
Adətən hər iki göz birlikdə tutulur. Bəzi xəstələrdə şikayətlər mövsümi olur və yazda, çiçəklənmə dövründə artır.
Bəzən allergik konyunktivit allergik rinitlə, yəni burun axması və asqırma ilə birlikdə olur.
Allergik konyunktivitin növləri varmı?
Bəli, allergik konyunktivitin 5 tipi var. Bəziləri mövsümi, bəziləri il boyu davam edən formalardır. Ağır formalar buynuz qişaya da təsir edə bilər, ona görə nəzarətsiz buraxmaq olmaz.
Nə etməli, nə etməməli?
Gözünüzü ovuşdurmayın. Ovuşdurmaq qaşınmanı bir anlıq azaldır, amma iltihabı artırır.
Allerqoloqa da müraciət edin. Allergeni tapmaq və ondan qaçmaq müalicənin ən vacib hissəsidir.
Steroidli damcıları özbaşına istifadə etməyin. Belə damcıların uzun müddət nəzarətsiz istifadəsi göz təzyiqini qaldıra və kataraktaya səbəb ola bilər. Göz damcısını həkim seçməlidir.
Uşaqlarda nəyə diqqət etməli?
Uşaqlar qaşınmanı sözlə deyə bilmir, sadəcə gözünü ovuşdurur. Tez-tez ovuşdurmaq buynuz qişanın formasına da təsir edə bilər. Şikayətlər hər il bahar aylarında təkrarlanırsa, mövsüm başlamazdan əvvəl həkimə müraciət etmək daha yaxşıdır. Soyuq kompres qaşınmanı müvəqqəti yüngülləşdirə bilər. Allergik konyunktivit yoluxucu deyil.
Uşağınız tez-tez gözünü ovuşdurursa, onu göz həkiminə göstərin.



