Gözdə kəskin ağrı, ürəkbulanma, qusma və bulanıq görmə birlikdə varsa, bu qapalı bucaqlı qlaukoma tutması ola bilər. Bu, təcili haldır. Həkimə dərhal müraciət edin.
Tutmanın əlamətləri hansılardır?
- gözdə güclü ağrı
- baş ağrısı
- ürəkbulanma, qusma
- bulanıq görmə
- işığın ətrafında rəngli halqalar
- gözün qızarması
Niyə səhv salınır?
Baş ağrısı, ürəkbulanma və qusma olduğu üçün tutmanı bəzən mədə problemi, miqren və ya qan təzyiqinin qalxması kimi qəbul edirlər. Xəstə vaxt itirir, göz isə bu müddətdə zərər görür. Baş ağrısı ilə birlikdə gözdə qızartı və görmə bulanıqlığı varsa, mütləq göz həkiminə də göstərin.
Açıq bucaqlı qlaukomadan fərqi nədir?
Açıq bucaqlı qlaukoma gizli gedir, şikayət gec yaranır. Qapalı bucaqlı qlaukoma isə kəskin başlaya bilər. Gözün daxilində mayenin axdığı bucaq qəfil bağlanır və təzyiq qısa müddətdə çox yüksəlir.
Qlaukomanın müalicəsində damcı, lazer və əməliyyat istifadə olunur. Lazer üsullarından biri iridotomiyadır. İridotomiyada qüzehli qişada kiçik dəlik açılır və maye üçün yeni yol yaranır. Bu üsul həm tutmadan sonra, həm də riskli gözdə qabaqlayıcı məqsədlə tətbiq edilə bilər.
Bir gözdə tutma olubsa, digər göz də risk altında ola bilər, ona görə hər iki göz müayinə olunur. Qaranlıq yerdə uzun qaldıqdan sonra başlayan göz və baş ağrısı da diqqət tələb edir.
Qlaukoma tutmasında hər saat önəmlidir. Gec qalmayın.
Əlaqəli xidmətQlaukomaGöz təzyiqinin ölçülməsi, görmə sinirinin OCT ilə izlənməsi, damcı və lazer: SLT, ALT, iridotomiya.



