Göz travmaları

Gözə yad cisim düşəndə nə etməli

Gözə yad cisim düşəndə iki qayda var. Gözü ovuşdurmayın və həkimə gedin. Gözünüzü travmalardan qoruyun.

Steril örtük altında cərrahi müdaxilə

Gözə yad cisim düşəndə gözü ovuşdurmayın. Həkimə gedin. Bu iki qayda gözünüzü böyük zərərdən qoruya bilər.

Niyə ovuşdurmaq olmaz?

Ovuşdurduqca cisim buynuz qişanı cızır və daha dərinə batır. Metal qırıntısı gözdə uzun qaldıqda ətrafında pas izi də yarada bilər. Gözü özünüz iynə, dəsmal ucu və ya başqa əşya ilə təmizləməyə çalışmayın.

Həkim nə edir?

Buynuz qişa flüoressein boyası ilə müayinə olunur. Boya zədələnmiş sahəni rəngləyir və ən kiçik cızıq da görünür. Cisim tapılır və təhlükəsiz şəkildə çıxarılır.

Buynuz qişanın üst qatında, yəni epiteldə defekt yaranırsa, vaxtında müalicə ilə görmə bərpa oluna bilər.

Cisim gözün içinə keçərsə, nə olur?

Bəzən cisim gözün səthində qalmır, içinə keçir. Praktikamda müharibə zamanı gözə düşmüş metal qəlpəni gözün içindən çıxarmışıq. Belə hallar mütləq cərrahi müdaxilə tələb edir. Gözə zərbə və ya qəlpə dəyibsə, şikayət az olsa belə, müayinəni təxirə salmayın.

Gözə kimyəvi maddə, məsələn əhəng və ya təmizləyici düşübsə, gözü dərhal bol təmiz su ilə uzun müddət yuyun və sonra həkimə gəlin. Bu, yad cisimdən fərqli haldır və burada saniyələr önəmlidir.

Necə qorunmalı?

Qoruyucu eynək taxın. Xüsusən metal kəsəndə, qaynaq işində, daşla, ağacla işləyəndə və bağda. Adi eynək qoruyucu eynəyi əvəz etmir.

Gözünüzü travmalardan qoruyun.

Əlaqəli xidmətGöz travmalarıGözə düşən yad cisim, buynuz qişa zədəsi və gözdaxili metal qəlpənin çıxarılması.
Dr. Taryel Rüstəmov

Oftalmoloq-cərrah. Bioqrafiya